Azərbaycanlı bəstəkar Türkiyədə daha bir mükafat aldı –FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı bəstəkar Türkiyədə daha bir mükafat aldı –FOTOLAR

Azərbaycanın tanınmış bəstəkarı Sevinc Tofiqqızı Türkiyədə daha bir mükafata layiq görülüb.

Publika.az-ın məlumatına görə, azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı “Başarılı Nişanı” mükafatına layiq görülüb. Ödül bəstəkara Ankara Mədəniyyət və İncəsənət Platforması başçısı pedaqoq və yazıçı Sultan Özateş tərəfindən təqdim olunub.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyi, Türkiyənin Mədəniyyət Nazırliyinin dəstəyi ilə Türkiyəyə gedən bəstəkar Sevinc Tofiqqızı bir neçə gün öncə Kərkük Mədəniyyət Dərnəyinin “Türk dünyasına vermiş olduğu xidmətlərinə görə” mükafatına layiq görülüb.

Qeyd edək ki, o, Atatürkə, 23 Aprel Uşaq Bayramına və Rəcəb Tayyib Ərdoğana həsr etdiyi musiqilərlə Türkiyədə diqqəti üzərinə çəkib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm