Yazıçılar Birliyi TV açır – FOTO
Bizi izləyin

Tabloid.az

Yazıçılar Birliyi TV açır – FOTO

Azərbaycan Yazıçılar Birliyində (AYB) “Aybkitab.az” saytının təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, saytın baş redaktoru, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Aybkitab.az-ın özündə bir neçə istiqaməti birləşdirən böyük layihə olduğunu bildirib.

O qeyd edib ki, bu loqo altında kitabların çap olunması, müəlliflərə qonorarların verilməsi, yeni müəlliflərin oxuculara tanıdılması, bölgələrdə imza günlərinin keçirilməsi və s. məsələlər əhatə olunub.
“Bu, Yazıçılar Birliyinin layihəsi olsa da, müstəqil təşkilatlar, nəşriyyatlar bizə dəstək verəcək. Məsələn, “Vektor” nəşriyyatı, “Yazıçı” nəşriyyatı, “Yayım Assosiasiyası” və “Kitabevim.az” şirkətləri kitabların çapına və ölkə miqyasında yayımına dəstək olacaq. Bu gün təqdimatını həyata keçirdiyimiz sayt bizim yeni layihənin tərkib hissələrindən biridir”, - deyə o vurğulayıb.

X. Rza əlavə edib ki, yeni layihəyə əsasən, Aybkitab.az saytından başqa Ayb.tv internet televiziyası, habelə rusdilli yazarlar və oxucular üçün Aybru.az saytı yaradılacaq: “Hazırda bu istiqamətdə iş gedir. Bütün bu saytlar və televiziya vahid Ayb.az saytında birləşəcək”.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi isə vahid loqo altında kitabların çap olunmasının əhəmiyyətindən danışıb. Bununla da, kitabların pərakəndə çapına son qoyulacaq.
İ. Fəhmi əlavə edib ki, oxucular üçün açıq olan Aybkitab.az saytı kitabların təbliğində vacib rol oynayacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm