Azərbaycan kişiləri Ukrayna gözəlini valeh etdi - TƏƏSSÜRAT (FOTO)
Bizi izləyin

Tabloid.az

Azərbaycan kişiləri Ukrayna gözəlini valeh etdi - TƏƏSSÜRAT (FOTO)

Nüfuzlu "Miss Globe İnternational" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıya gəlişləri barədə təəssüratlarını Publika.az-a bölüşüblər.

Diana Moryakova (Belarus): “Mən Bakıya gəlişimə görə fantastik xoş əhval-ruhiyyədəyəm! Xeyli təəssürat, emosiya, drayv, hər şey xəyallarda olduğu kimidir. Bakı əsl cənnət guşəsidir”.

Darya Nesterkina (Rusiya): “Bakı qeyri-adi memarlığı olan çox günəşli, gözəl və yaşıl şəhərdir. Mən sizin paytaxtınıza heyran olmuşam!"

Nərgizə Davıdova (Özbəkistan): “Mən sizin gözəl və mehriban şəhərinizə üçüncü dəfə gəlirəm. Burada özümü çox yaxşı hiss edirəm. Dənizkənarı Milli Park və "Khazar Islands" süni arxipelaqındakı istirahət mərkəzi çox xoşuma gəldi. Burada hər şey nağıllardakı kimidir”.

Anastasiya Kostiç (Ukrayna): “Bakının gözəlliyini və zənginliyini, qədim görməli yerlərini, xeyirxah insanlarını, gözəl qadınlarını və xoşagəlimli kişilərini bir neçə sözlə təsvir etmək mümkün deyil. Mən sadəcə olaraq Bakıya heyran qalmışam!”.

Elen Qamkrelidze (Gürcüstan): “Qonşu olmağımıza baxmayaraq, Bakıya ilk dəfədir gəlirəm və yenidən burada olmağı arzulayıram. Mən gördüklərimdən, insanların qonaqpərvərliyindən əsl şoka düşmüşəm, milli mətbəx isə ümumiyyətlə əladır!”.

Məryəm Carra (Qambiya): “Mən əvvəllər belə gözəl şəhərin olduğunu heç bilmirdim və buna görə də dəvətə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Burada həmişə xatirəmdə qalacaq xeyli təəssürat əldə etmişəm”.

Emili Koral Ellis (Böyük Britaniya): “Bakı çox inkişaf etmiş şəhərdir, hər yerdə tikinti işləri aparılır, üstəlik milli arxitektura qorunub saxlanılır. Bu, əsl Avropa şəhəridir”.

Esma Voloder (Avstraliya): “Mən Avropa və Asiyanın qovşağındakı yeni qitədəyəm, Bakı isə mənim bütün gözləntilərimi üstələdi. Gözəl dəniz kənarı, qonaqpərvər və mehriban insanlar, hər şey ən yüksək səviyyədədir. Hər kəsə bu gözəl şəhərə səfər etməyi məsləhət görürəm”.

Rupa Kruana (Hindistan): “Mən Bakıya ilk baxışdan vuruldum. Günəşli hava, hər şey təmiz və səliqəli, çox xeyirxah insanları görəndə və burada hind filmlərini sevdiklərini, Bollivudun bütün ulduzlarını tanıdıqlarını öyrənəndə çox sevindim”.

Cozel Villa (Meksika): “Bu, təkrar-təkrar qayıtmaq istədiyin şəhərdir. Mən gördüm ki, burada nəhəng tikinti işləri aralır, buna görə də 20 ildən sonra bura qayıdaraq şəhərin necə dəyişdiyini görmək istərdim”.

Pritsess Edelin Ramos (Filippin): “İçərişəhər çox xoşuma gəldi. Oranın çox qeyri-adi qədim şərq arxitekturası var. Dəniz sahili isə istirahət üçün fantastik məkandır”.

Şeyslend Dos Santos Reys (Braziliya): “Sizin çox temperamentli və xeyirxah insanlarınız var, bizə çox bənzəyirsiniz. Bakı çox xoşuma gəldi, çox rahat və yaxşı şəhərdir”.

"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Bakıda keçirilir. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm