Tabloid.az
Orxan Babazadə dünya gözəllərini başına yığır - FOTOLAR, VİDEO
Tanınmış müğənni Orxan Babazadə yeni yazdırdığı mahnısını üzə çıxarıb.
Müğənni yaxın vaxtlarda mahnının ekran versiyasını da təqdim etməyə hazırlaşır. Publika.az-ın məlumatına görə, müğənninin ifa etdiyi “Bahar çiçəyim” adlı mahnının musiqisi Ceyhun Əliyevə, sözləri teleaparıcı Azər Şirinə, oranjimanı isə Tərlana məxsusdur. Klip fərqli bir üslubda çəkiləcək və böyük bir layihə kimi təqdim olunacaq: “Klipin bəlli bir büdcəsi olacaq. İstər texniki tərəfdən, istərsə də rejissor işi baxımından dünya standartlarına cavab verəcək. Ola bilsin ki, yaradıcı heyət başqa ölkədən dəvət olunsun. Onu da qeyd edim ki, mahnı Türkiyədə oranjiman olunub”.
Orxan onu da bildirdi ki, sevgiyə həsr olunmuş mahnının klip versiyasında iştirak etmək üçün xarici ölkələrdən modellər dəvət olunacaq: “Bu gün kliplərdə modellərin çəkilməsi artıq dəb halını alıb. Amma mən bunu dəb xatirinə etməyəcəyəm, sadəcə, musiqiyə ahəng qatmaq üçün tanınmış modelləri klipə dəvət edəcəyik. Hesab edirəm ki, mənim klipimdəki qızlar gözəllikləri ilə digər kliplərdəki qızlardan seçiləcəklər”.
Maraqlıdır, modellər hansı ölkədən dəvət olunacaq? Orxan hələ ki seçim etdiyini bildirdi: “Ola bilsin ki, Afrikadan, İtaliya, ya Rusiyadan model dəvət etdik, hələ bu barədə konkret fikir deyə bilmərik. Hələ ki seçim edirik, ürəyimə yatan qızlar olarsa, onları da klipimə çəkəcəyəm”.
Qeyd edək ki, illər öncə tanınmış müğənni İradə İbrahimova da eyniadlı mahnını ifa edib. Görəsən, Orxanın ifa etdiyi “Bahar çiçəyim” İradənin mahnısı qədər populyar olacaqmı?
Müğənni suala belə cavab verir: “O dövr üçün “Bahar çiçəyim” məşhur idi, amma hesab edirəm ki, indiki dövrdə üzə çıxardığım üçün mənim mahnım daha çox tutacaq. Hər halda, bunu zaman göstərəcək”.
Cəvahir Səlimqızı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO