Mövsümün ən şıq kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün ən şıq kolleksiyası - Fotolar

“Forever New” brendi 2014 payız-qış mövsümü üçün yeni kolleksiya təqdim edib.

Yeni mövsüm üçün 5 fərqli kolleksiya hazırlayan brend bej, qırmızı, yaşıl, mavi rənglərə üstünlük verib.

Paris qadınlarının möhtəşəm stilindən ilham alınaraq hazırlanan “Paris Belle” adlı kolleksiya tək rəng geyinməyi sevən, həmçinin çiçək naxışlı geyimlərə üstünlük verən qadınlar üçün idealdır.

“Park Avenue Princess” isə dəvətlərin ulduzu olmaq istəyən xanımlar üçün nəzərdə tutulub.

1960-cı illərin Londonundan ilham alan “Carnaby Street” adlı kolleksiyada parlaq rəngləri sevən qadınların vaz keçilməsi olacaq.

Adını üzərindəki "qar çiçəyi" naxışlarından götürən “Snow Blossom” kolleksiyası isə romantik stildə geyinməyi xoşlayanları cəlb edəcək.

Brendin 5 kolleksiyasından sonuncusu “Secret Garden” adlanır. Bu kolleksiya fərqli aksessuar modelləri ilə diqqət çəkir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm