• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əcnəbi aktyorlar Elxan Cəfərovun filmində - FOTO

Əcnəbi aktyorlar Elxan Cəfərovun filmində - FOTO

Aqil Abbasın Qarabağ mövzusuna həsr olunmuş “Dolu” filminin ardınca rejissor Elxan Cəfərov müharibə mövzusunda daha bir ekran işini təqdim etmək ərəfəsindədir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan növbəti film “Əsgərin şücaəti” adlanır. Qeyd edək ki, filmin müəyyən hissələri artıq lentə alınıb. Bu barədə Publika.az-a Kinostudiyadan məlumat verilib.

Hazırda Belarusun Brest şəhərində lentə alınan filmin Azərbaycanda da çəkilişlərinə start verilib. İlk səhnələr Gəncədə lentə alınacaq. Öyrəndik ki, “Əsgərin şücaəti” filmi İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Filmdə İkinci Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellərin aparılması da nəzərdə tutulub.

Yeni çəkilən filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Yavər Rzayev və Yuri Vorobyov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.

Qeyd edək ki, filmdə baş rolları əməkdar artist Şamil Süleymanov, Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlu və digərləri ifa edir. Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı, Almaniya və Rusiyanın tanınmış aktyorları da rol alıb.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR