Canəli Əkbərov: “O qadın nazımı çəkir”
Bizi izləyin

Tabloid.az

Canəli Əkbərov: “O qadın nazımı çəkir”

Xalq artisti, ustad xanəndə Canəli Əkbərov Lerikdə keçirilən uzunömürlülərin festivalında iştirak edərkən özünə söz verib.

Bu barədə Publika.az-a danışan xanəndə nə qədər yaşayacağı barədə proqnoz verib: “Cənub bölgəsinin camaatı hər zaman uzunömürlü olur. Çünki bu yerin təbiəti və havasından heç yerdə yoxdur. Mən özümə söz vermişəm ki, yüz il yaşayacağam. Bu sözü yadınızda saxlayın”.

Canəli Əkbərov hələ ki, özünü qoca saymadığını da deyir: “Yaşım 70-i ötüb, amma hələ ki qocalıq qapımı döyə bilməyib. Amma cavan qalmağıma görə həyat yoldaşıma da minnətdaram. Ömür-gün yoldaşım üstümdə uşaq kimi əsir, hər nazımı çəkir. Kişi üçün bundan böyük xoşbəxtlik ola bilməz. Mən harada oluramsa-olum, mütləq günortanı evimdə keçirib, naharımı etməliyəm. Xoşbəxt o insandır ki, səhər işə və axşam evə tələsir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm