• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İŞİD “Kurtlar Vadisi Pusu”da – VİDEO

İŞİD “Kurtlar Vadisi Pusu”da – VİDEO

Məşhur teleserialın 230-cu bölümü dünyanı lərzəyə gətirən İŞİD terroru ilə başlayacaq.

Publika.az xəbər verir ki, 10 ildən çoxdur davam edən Türkiyənin “Kurtlar Vadisi” serialı bu gün yeni sezonun ilk seriyası ilə, yeni ssenari ilə izləyicilərinin görüşünə gələcək. Film “Kanal D”də, Bakı vaxtı ilə saat 22:00-da yayımlancaq.

Serialın təqdim etdiyimiz fraqmanına görə, yeni sezon əsasən İraqda baş verənlərlə bağlı olacaq. Bu mövsümdə serialda dünyanı lərzəyə gətirən, əsasən İraqda və Suriyada qətliamlar edən, şəriət dövləti elan edən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatından bəhs ediləcək.

Serialın baş qəhrəmanı Polad Ələmdar İraqda baş verənlərlə bağlı ABŞ-ı günahkar bilir və onların oyununu pozacağına and içir.

publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR