• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məşhur aktrisanın ailəsində faciə baş verdi

Məşhur aktrisanın ailəsində faciə baş verdi

Hollivud aktrisası Nikol Kidmanın ailəsində faciə baş verib.

Xarici mətbuatın verdiyi məlumata görə, aktrisanın atası həkim Entoni Kidman Sinqapurda faciəli şəkildə həlak olub.

Entoni Kidman bədbəxt hadisə nəticəsində vəfat edib. KİV-in verdiyi xəbərə görə, o, ikinci qızı Antoniyanın yanına qonaq gedib və mehmanxananın eyvanından yıxılıb. Nəticədə, Entoni həlak olub.

Digər məlumatda isə bildirilir ki, həkim Kidman yolda baş vermiş avtomobil qəzasında həlak olub. Baş vermiş hadisə ilə bağlı aktrisanın nümayəndələri hələ ki susurlar. Onların tezliklə mətbuat qarşısına çıxaraq, hadisənin necə baş verməsi haqda məlumat verəcəkləri bildirilir.

Qeyd edək ki, Entoni ixtisasca psixoloq idi.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR