Tabloid.az
Naxçıvana 200 mindən çox turist gəlib
Cari ilin ötən səkkiz ayında Naxçıvana 200 mindən çox
turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz
çoxdur.
Publika.az-ın Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinə istnadən məlumatına görə, ildən-ilə muxtar respublikaya
gələn əcnəbi turistlərin sayında artım müşahidə olunmaqdadır. Bəhs
olunan dövrdə Naxçıvana gələn turistlərin 84 min nəfərə yaxını
xarici ölkələrin vətəndaşlarıdır.
Bu baxımdan, cari ilin avqust ayında muxtar respublikaya 11 min
333 əcnəbi gəlib. Muxtar respublikaya Türkiyə, İran, Rusiya,
Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa İttifaqı ölkələri, ABŞ,
Baltikyanı ölkələr, Koreya Respublikası, Çin və digər dövlətlərdən
turist axını müşahidə edilməkdədir.
Əcnəbilərin Naxçıvanda olduqları müddətdə ən çox maraqlandıqları
məkanlar sırasında isə muxtar respublikanın tarixi yerləri,
mədəniyyət obyektləri, təbiət abidələri, ziyarətgahlar üstünlük
təşkil edir. Onlara lazım olan xidmətlərin göstərilməsi üçün isə
hər cür şərait mövcuddur.
Muxtar respublikaya rekreasiya, ziyarət, işgüzar, müalicə,
tanışlıq və s. məqsədlərlə səfər edən turistlərə müasir
standartlara uyğun mehmanxana və nəqliyyat xidmətləri təklif
olunur, onlar üçün ekskursiyalar təşkil edilir.
“Gəmiqaya turizm” firması, Naxçıvan Muxtar Respublikası Turizm və Ekskursiyalar Birliyi bu işlərin təşkilində fəallıq göstərirlər.
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR