Bakıda “Türkiyə Caz Festivalı” -FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bakıda “Türkiyə Caz Festivalı” -FOTOLAR

Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı möhtəşəm “Türkiyə Caz Festivalı”na ev sahibliyi edəcək.

Bu möhtəşəm festivalın ümumi koordinatorluğunu üzərinə götürən, Azərbaycanda fəaliyyət göstərən Türkiyəli sənətçi Oya Ergün Publika.az-a verdiyi açıqlamada festivalın 10-17 oktyabr 2014-cü il tarixləri arasında keçiriləcəyini qeyd edib.

O. Ergün bildirib ki, fərqli və gözəl məkanlarda keçiriləcək tədbirdə dünyanın saysız festivallarında iştirak etmiş altı önəmli türk qrupu Azərbaycanda konsert verəcəklər. 7-gün davam edəcək festivalın bir günü isə ''Türkiyədə Caz'' adlı film təqdim ediləcək. Tədbirlə bağlı Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun öz fikirlərini Publika.az-a belə ifadə edib: "Azərbaycanla tarixi qardaşlıq əlaqələrimizin hər sahədə sürətlə inkişaf etməkdə olduğu bir mühitdə sənət və mədəniyyəti birləşdirməyə və hər iki sahəni canlı tutmağa böyük önəm veririk. Bu dəfə də Türkiyə caz ustadlarını Bakıdakı sənətsevərlərlə görüşdürmək istədik. İncəsənət sahəsində, ən əsası, caz da daxil olmaqla musiqisi dünyada hörmətlə tanınan Azərbaycanda bu fəaliyyəti təşkil etmək bizim üçün böyük bir qürur vəsiləsidir. Ümid edirik, bu, Azərbaycanlı qardaşlarımızın xoşuna gələcək”.

Məlumat üçün bildirək ki, Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən festival çərçivəsində bütün konsertlərə giriş pulsuz olaraq. Festivala Bora Çeliker Trio, Olgun Açar, Bora Çeliker Matthew Hall, F.Ö.N. qrupu Feride Berin Öget, Özay Fecht, Nilüfer və digər məşhurlar qatılacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm