Azərbaycanlı məşhurun nikahdankənar uşağı varmış - ŞOK FAKT+FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı məşhurun nikahdankənar uşağı varmış - ŞOK FAKT+FOTO

Azərbaycanın məşhur rəqqasəsi İlonanın nikahdankənar övladı varmış.

Rəqqasə xanım beş ildir ki, uşağı hamıdan gizlədirmiş. Publika.az-ın məlumatına görə, rəqqasə xanım uşağı uzun illər bərabər yaşadığı sevgilsindən dünyaya gətirib. İlonanın hazırda beş yaşlı qızının atası uşağın atası olduğunu etiraf etsə də, İlona ilə ailə qurmaq fikrindən uzaqdır. Dediyinə görə, sənət adamı ilə onunku tutmaz. 12 illik münasibətdən bir qızları olan keçmiş sevgililər hələ də küsülüdür və barışmaq fikrində deyillər.

Qeyd edək ki, bu fakt ilk dəfə olaraq ATV-nin yeni verilişi olan və aparıcı Günay Firudinqızının təqdimatında efirə yayımlanan “Düzünü desəm” proqramında açılıb. Onu da bildirək ki, 2000-ci illərdə çox məşhur olan rəqqasə xanım son 5-6 ildə sənət fəaliyyətindən uzaqlaşıb. Hətta onun depressiyaya düşdüyü deyilirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm