Küçədən tapılmış modellər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Küçədən tapılmış modellər - FOTOLAR

Model biznesində modelləri axtarmaqla məşğul olan insanlara “skaut” (kəşfiyyatçı) deyilir.

Skaut hansısa qızı taparsa, hesab etmək olar ki, onun bəxti gətirdi. Çünki bundan sonra qızın qarşısında moda aləminin qapıları açılır və onları qarşıda şan-şöhrət, saysız-hesabsız qonorar gözləyir.

Məsələn, dünyanın ən yüksək gəlirli modellərindən biri olan Jizel Bündhen skaut tərəfindən “kəşf edilib”. O zaman 14 yaşlı Jizel ofisiant kimi çalışırmış.

Qara yaquar ləqəbli qara dərili Naomi Kempbell mağazadaykən model kəşfiyyatçıları tərəfindən tapılıb.

Aktyor Conni Deppin keçmiş sevgilisi britaniyalı Keyt Moss hava limanında “tapılıb” və moda industriyasına dəvət edilib.

Agent UNİSEF-in hazırkı xoşməramlı səfiri olan Klaudiya Şifferi diskotekada görüb.

Rus modeli Nataliya Vodyanovanı model agentliyinə dostu gətirib. Bu zaman şəhərə gələn skaut təsadüfən onu model agentliyində görərək Parisə dəvət edib.

Ukrayna əsilli model Evelina Samsonçik 15 yaşında restoran reklamında çəkilib. Bundan sonra onu model agentliyinə dəvət ediblər. 2013-cü ildə “Chanel” moda evi onun müqavilə imzalayıb. Lakin Evelina təhsilinə görə müqaviləni ləğv etməli olub. Bu dəb aləmi üçün əsil şok idi. İndiyədək belə bir addıma aktrisa Karol Buke cəsarət etmişdi.

İrina Şeyk Rusiyanın Çelyabinsk şəhərində doğulub. Məktəbi bitirdikdən sonra iqtisadi kollecdə təhsil almaq üçün əyalət mərkəzinə gəlib. Küçədə gəzişərkən onu yerli moda evindən olan skaut “tapıb”. Hazırda dünyanın seks simvolu və futbolçu Kriştianu Ronaldonun sevgilisi olan İrinanın həyatı bundan sonra büsbütün dəyişib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm