7 il toylarını gözləyən sevgililərin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ
Bizi izləyin

Tabloid.az

7 il toylarını gözləyən sevgililərin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Türkiyədə toyda dəhşətli hadisə baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy günü ömrünün ən dəhşətli anlarını yaşayan gəlin yaşadıqları haqqında ilk dəfə mətbuata açıqlamalar verib.

Belə ki, Türkiyənin İstanbul şəhərində nigah mərasimindən qayıdıb toy məclisinə gedərkən maşın karvanının qabağı kəsilir. Bəydən bəxşiş alan şəxslər ikinci dəfə yolu kəsərək yenidən bəxşiş istəyir və əks təqdirdə yolu açmayacaqlarını bildirilər. Bu zaman tərəflər arasında yaşanan mübahisəyə bəy də müdaxilə edir. Yolu kəsən maşınının pəncərəsindən içəri boylanıb yolu açmalarını istəyən bəy sürücünün maşını sürətlə sürəcəyinin fərqində olmayıb. Maşının pəncərəsindən asılı qalan bəy 200 metr süründürülüb.

Ağır xəsarətlər alan bəy xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başladılıb.

Türkiyənin "Sabah" qəzetinə açıqlama verən ölən şəxsin həyat yoldaşı Sevda Bulut bütün həyatının alt-üst olduğunu deyib: "İlk görüşdən bir-birimizə vurulmuşduq. Tək arzumuz ailə qurmaq idi. Birlikdə bir yuvamızı, övladlarımızın xəyalını qururduq. Sevgimiz 7 il davam etdi. Ötən il nişanlandıq. Mən hüquq məsləhətxanasında işləyirəm. Əziz də qida şirkətində işləyirdi. Eyni məhəllədə qalırdıq. Heç vaxt bir-birimizdən ayrılmırdıq. Demək olar ki, 7 il hər gün bir yerdə idik. Ailələrimiz də bir-birilərini tanıyırdı və bizim bu münasibəti dəstəkləyirdilər. Toyumuz tez olacaqdı. Babam xəstələndi. Ona görə də toy təxirə düşdü. Toy günümz bəlli olanda sevincdən uçurduq. Əziz mənə "Sevdam" deyirdi həmişə. Ev tutumuşduq. Hər şey xəyallarımızdakı kimi idi. Məni gəlinlikdə görəndə "Sevdam, yenə sənə aşiq oldum" dedi. Bəxşiş üçün qarşımızı kəsdilər. Amma onlar o pulun az olduğunu deyib qəbul etmədilər. Mənim son gördüyüm Əzizin qolunun onların maşınında qalması idi. Sanki o an zaman durdu. Gəlinliklə küçənin ortasında qaldım. Həyat dayandı, sonra isə hər şey qara rəngə boyandı. Üzərimdəki gəlinlik də qapqara oldu. Heç bitməyən bir kabusla oyandım. Kaş, keç oyanmasaydım. Həyatım bitdi. Bu insanların ən ağır şəkildə cəzaladırılmasını istəyirəm".

Dəniz Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm