Flora Kərimova: “Bu məqamlar gözümün yaşını sel kimi axıdır”- AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Flora Kərimova: “Bu məqamlar gözümün yaşını sel kimi axıdır”- AÇIQLAMA

Xalq artisti Flora Kərimova Ağdamda əsgərlər qarşısındakı çıxışından sonra Publika.az-a açıqlama verib.

Xanım sənətkar konsert zamanı göz yaşlarına hakim ola bilməməyinin səbəblərini açıqlayıb: “Şəxsi həyatda çox mətinəm və öz həyatıma görə ömrümdə ağlamamışam. Qarabağ, bayraq, himn, əsgərlərimiz bax bu məqamlar mənim gözümün yaşını sel kimi axıdır. Əsgərlərimizin hər birinə görə nigaran qalıram”.

Xalq artisti bu yay istirahət edə bilmədiyini də söyləyib: “Yay istirahəti edə bilmədim. Başım qızım Zümrüdə qarışdı. Zümrüdə görə evi təmir elətdirdim. İstəyirdim ki, onun üçün yenilik olsun”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm