Vaqif Səmədoğlu öz məclisində hamıdan üzr istədi – FOTO
Bizi izləyin

Tabloid.az

Vaqif Səmədoğlu öz məclisində hamıdan üzr istədi – FOTO

Heç bir çərçivəyə sığışmayan Azərbaycanın böyük şairi bu dəfə də çərçivəyə sığışmadı və muzeydə siqareti-siqaretə calayıb yaradıcılıq gecəsini izlədi.

Amma buna görə görüşünə gələn insanlardan dəfələrlə üzr də istədi: “Dönə-dönə sizdən üzr istəyirəm. Mən ağır xəstəliyə düçar olmuşam və mədəmdə baş verən diskomfortla əlaqədar siqaret çəkməyə məcburam. Çünki həkimim belə məsləhət verib. İndi qarşınızda və dahi Nizaminin adını daşıyan bu məbəddə siqaret çəkdiyim üçün məni bağışlayın”.

Məhz həmin məbəddə böyük şair Vaqif Səmədoğlu ilə üz-üzə və göz-gözə idik…

Bu gün AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış şair və ictimai xadim, xalq şairi, “Şərəf” ordenli Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi.

Tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, Rafael Hüseynov şairin zəngin həyat yolu və ədəbi fəaliyyətindən bəhs edib.

R.Hüseynov şeirimizə yeni poetik təfəkkür gətirən V.Səmədoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbir çərçivəsində, həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş seçmə şeirlerindən ibarət toplusunun da təqdimat mərasimi keçirilib.

Bəstəkar Faiq Sücəddinov, Ramiz Rövşən, rejissor Ramiz Həsənoğlu, xalq artisti Fuad Poladov və digərləri Vaqif Səmədoğlu, onun yaradıcılığı haqqında düşüncələrini bölüşüb.

Şairin ömür və sənət yolundan bəhs edən, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi salnamə” yaradıcılıq studiyası tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilib, Cavanşir Quliyevin V. Səmədoğlunun sözlərinə bəstələdiyi yeni nəğmə ilk dəfə təqdim olunub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm