"Brangelina" 9 il sonra eyni filmdə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Brangelina" 9 il sonra eyni filmdə - FOTOLAR

Bred Pitt və Ancelina Coli 2005-ci ildən sonra “Dəniz kənarında” filmində yenidən yan-yana gəlib, ər və arvad rolunu canlandıracaqlar.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Emil Dikinsonın eyni adlı şeirindən ilham alan filmdə Bred Pitt Amerikalı bir yazıçısı (Roland), Ancelina Coli isə rəqqasə (Vanessa) obrazını canlandırır.

Filmin ssenarisini yazan və rejissorluğunu da üzərinə götürən Ancelina Coli film haqqında bunları deyib:

"Bu filmin 1970-ci illərdə bəhs etməsinin tək səbəbi rənglərin cəzbediciliği deyil, eyni zamanda müasir həyatın bütün çılğınlıqlarından uzaq olmasıdır ... Obrazlar yalnız duyğularına söykənir və öz daxillərinə səfərə çıxırlar. "

Qeyd edək ki, filmin çəkilişləri 8 sentyabrda Maltada başlayıb. Çəkilişlər noyabrın ortasına qədər davam edəcək.

Rüstəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm