Seks gəlinciyinə bənzəyən qız – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Seks gəlinciyinə bənzəyən qız – FOTOLAR

Viktoriyanın ən böyük arzusu hava ilə doldurulmuş seks gəlinciyinə bənzəmək olub.

Fransanın Kann şəhərindən olan 30 yaşlı Viktoriya Uayld istədiyi görkəmə sahib olmaq üçün model kimi çalışaraq tələb olunan pulu yığıb. Bundan əlavə, sevgisinin maliyyə yardımı ilə Viktoriya rinoplastika, dodaq silikonu, botoks və 3 dəfə sinə əməliyyatı keçirdib. Beləliklə də, 49 min dollar ödəməklə Viktoriya əsil “hava ilə doldurulmuş sevgi kuklasına” bənzəyib.

Viktoriya keçirdiyi əməliyyatlarla kifayətlənməyərək bir daha sinəsini böyütmək üçün cərrah bıçağı altında uzanmağa hazırdır.
Viktoriya görkəmi haqda deyib: “Hamı mənimlə seks kuklası kimi davranır. Küçədə gedərkən insanlar mənə baxmaqdan doymur. Bu, mənim çox xoşuma gəlir”.

Onun kuklaya oxşamaq istəyi Latviyada yaşadığı vaxtlarda baş qaldırıb. O deyib: “Mənim uşaqlıq illərim adi keçib. Balaca bir kənddə yaşayırdım. Arıq və uzun olduğumdan mənə Barbi deyərdilər. Lakin mən sinəmin kiçik olmasından və ümumiyyətlə görkəmimdən narazı idim. Əməliyyat haqqında hər hansı anlayışım olmasa da, hər zaman iri sinəli, dodaqları həcmli seks oyuncağına bənzəmək istəmişəm”.

İyirmi yaşında model kimi çalışdıqdan sonra əməliyyat barədə xəbər tutub. “Mən beynimdə canlandırdığım görkəmə sahib olmaq üçün plastik əməliyyat haqda öyrəndim”.

Viktoriya 25 yaşında italyan əsilli iş adamı ilə tanış olub ona vurulduqdan sonra əməliyyata razılıq verir.
Viktoriya bədənini büsbütün dəyişmək üçün sevgilisinin pulları ilə ilk dəfə 2011-ci ildə əməliyyat olunub. 2014-cü ildə əməliyyatını davam etdirən Viktoriya artıq istədiyi görkəmə nail olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm