Könül Kərimova şayiələrə aydınlıq gətirdi – AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Könül Kərimova şayiələrə aydınlıq gətirdi – AÇIQLAMA

Müğənni Könül Kərimova haqqında yayılan xəbərlərə münasibət bildirib.

Sənətçi Publika.az-a açıqlamasında bəstəkar Cabbar Musayevlə işbirliklərinin sona çatması barədə söhbətlərə aydınlıq gətirib: “Bu dəqiqə Cabbar müəllimlə Moskvadayıq, Azərbaycana qayıtmağa hazırlaşırıq. İşbirliyimizin bitməyindən söhbət getmir. O, çox hörmət etdiyim insan və əsl sənətkardır. İnşallah, bundan sonra da dostluğumuz və işbirliyimiz davam edəcək”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi saytlarda müğənni-bəstəkar işbirliyinin sona çatmasıyla bağlı xəbərlər yayılmışdı.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm