Dünya ulduzlarının çılpaq hamiləlik fotoları
Bizi izləyin

Tabloid.az

Dünya ulduzlarının çılpaq hamiləlik fotoları

Artıq qadınların çoxu, xüsusən də özünü karyerasına həsr edənlər daha gec yaşlarda ana olmağa üstünlük verirlər. Karyerasında istədiyi nailiyyəti əldə etdikdən sonra özlərini ana olmağa hiss edirlər. Dünya ulduzlarının çoxu da övladlarını 40 yaşından sonra qucaqlarına alıblar. Onlar müsahibələrində analıq haqqında danışır və gec yaşda qucağına övlad almaqdan qətiyyən utanmadıqlarını bildirirlər. Monika Belluççi etiraf edir ki əgər sağlamlığı icazə versəydi, daha bir övlad dünyaya gətirməkdən imtina etməzdi. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə 40 yaşından sonra dünyaya övlad gətirən qadınlar haqqında danışacağam.

Monika Belluççi hamiləlik zamanı

after40prgnnt01 Знаменитости, ставшие мамами после 40

Bütün kişilərin sevimlisi olan cazibədar aktrisa ilk qızını 39 yaşında qucağına alıb. İkinci qızını isə 45 yaşında dünyaya gətirib. Monika ikinci hamiləliyi zamanı müsahibələrində bu yaşda ana olmasından çəkinmədiyini qətiyyətlə etiraf etmişdi. “Özümü çox cəsarətli hiss edirəm, mən sadəcə çox uğurlu insanam. Artıq bir qızım sağlam şəkildə doğulub, onu özüm sadə kəndli kimi təbii doğuşla dünyaya gətirmişəm. İkinci hamiləliyimi də çox rahat keçirmişəm. Lakin düşünməyin ki, məndən nümunə götürmək lazımdır. Hər kəs eyni bədənə və orqanizmə sahib deyil. Çoxları mənim yaşımda sağlamlığı icazə vermədiyinə görə, surroqat anaya müraciət edir. Əgər mən hamilə qala bilməsəydim, özüm də bu yola əl atardım. Yəni, onları qınaya bilmərəm”.

after40prgnnt02 Знаменитости, ставшие мамами после 40

Holli Berri qızı ilə birlikdə

after40prgnnt03 Знаменитости, ставшие мамами после 40

Holli Berri ilk övladı Nalu Arielu Obrini 43 yaşında dünyaya gətirib. Bu yaşda ana olmasına baxmayaraq, hamiləlik boyu özünü əla hiss edirdi. 47 yaşında isə oğlu Маsео-Robertanı dünyaya gətirərək daha bir uşaq sahibi olur. Seksual aktrisa özü də etiraf edir ki, bu yaşda ikinci dəfə ana olmağı planlaşdırmamışdı. Çünki özünü ikinci dəfə ana olmaq üçün kifayət qədər şanslı hesab etmirdi. O, bunun üçün yaşlı olduğunu düşünürdü. Lakin tale belə gətirdi. Holli Berri indiyədək öz xoşbəxtliyə inana bilmir. Tanınmış aktrisa gec yaşda ana olsa da, mükəmməl bədən quruluşu ilə diqqət çəkir. Bu xoşbəxtlik həqiqətən də hər qadına nəsib olmur, onu qısqanmaq üçün yetərli səbəblər var.

after40prgnnt04 Знаменитости, ставшие мамами после 40

Nikol Kidman hamiləlik zamanı

after40prgnnt05 Знаменитости, ставшие мамами после 40

Aktrisanın hamiləliyi gözlənilməz oldu. Çünki Nikol Kidman uzun illər sonsuzluqdan dolayı müalicələr alırdı. Elə buna görə də, gözəl aktrisa Tom Kruzla evli olarkən 2 uşaq övladlığa götürmüşdü. Uşaq sahibi olmaq üçün uzun illər müalicə aldıqdan sonra ikinci həyat yoldaşı Keith Urbandan 40 yaşında hamilə qalır. Aktrisanın qızı olur. Cütlük qızına Sandey Rouz adını qoyurlar. Lakin bu möcüzdən sonra aktrisa ikinci dəfə hamilə qala bilmir. Lakin cütlük 2012-ci ildə surroqat ananın xidmətindən istifadə ediblər. Nikol Kidman gec yaşda ana olmağın çətinliyini və enerji itirdiyini etiraf edib.

after40prgnnt06 Знаменитости, ставшие мамами после 40

Meray Kerinin hamiləlik fotosu

after40prgnnt09 Знаменитости, ставшие мамами после 40

Tanınmış ulduz süni mayalanma ilə uşaq sahibi olmaq üçün müalicə olunub. Əkizlərini 41 yaşında dünyaya gətirir. Qızının adını Merlin Manronun şərəfinə Monro, oğlanın adını isə Marokkan qoyublar. Lakin Meray Kerinin analığa gedən yolu heç də hamar olmayıb. Müğənni hamiləliyinin ikinci yarısında preeklampsiidən (hamiləliyin ikinci yarısında inkişaf edən beyin qan dövranının pozulması ilə bağlı xəstəlikdir) və diabetdən əziyyət çəkirdi. Ulduz əkizlərini qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gətirib. Bu gün əkiz anası olan Meray Keri çox xoşbəxtdir. Lakin artıq uşaq arzusunda deyil.

after40prgnnt10 Знаменитости, ставшие мамами после 40

Selin Dion əri və uşaqları ilə

after40prgnnt11 Знаменитости, ставшие мамами после 40Selin Dionun ilk hamiləliyi və doğuşu yaxşı gedib. Lakin müğənni əri ilə birlikdə ikinci uşağı dünyaya gətirməyi planlaşdıranda problemlər yaranır. Çoxsaylı uğursuz cəhddən sonra Selin Dion 42-ci ilində hamilə qalır və əkizlərini dünyaya gətirir.

“Mənə elə gəlir ki, bir ildən çox hamilə qaldım. Buna baxmayaraq, heç zaman təslim olmadım. Lakin onu deyə bilərəm ki, bu proses həm fiziki, həm mənəvi baxımdan çox yorucu idi. Həkim məni hamiləlikdən daşındırmağa çalışırdı. Əlbəttə ki, bu, çox incidirdi. Məsələ burasındadır ki, əgər sən buna qərar vermisənsə, sona qədər getməlisən. Həkimə dedim ki, onların doğuşuna qədər lazım olsa, yataq rejiminə keçib heç hərəkət etmərəm. Uşaqların doğulması bütün bu əziyyətlərə dəyər. Onlar həyatımda baş verən ən gözəl hadisədir...”

after40prgnnt12 Знаменитости, ставшие мамами после 40

Salma Hayekin hamiləlik fotosu

after40prgnnt07 Знаменитости, ставшие мамами после 40

Salma Hayek də 40 yaşından sonra ana olan qadınlar siyahısına daxildir. Hayek qızını 41 yaşında dünyaya gətirib. Qızın atası fransalı biznesmen Anri Pinodur. Salma Hayekin etiraflarına görə, hamiləlik ağır keçib. Hətta hamiləlikdə aldığı 23 kq ona çox əziyyət verib. Amma indi aktrisa ana olduğu və formasını yenidən qayıtmağı bacardığı üçün çox xoşbəxtdir.

after40prgnnt08 Знаменитости, ставшие мамами после 40

Uma Turman 3-cü hamiləlik zamanı

after40prgnnt13 Знаменитости, ставшие мамами после 40

Uma Turman 3-cü övladını - qızını dünyaya gətirəndə 42 yaşında idi. Uma Turmanın bu qızının adının həddindən artıq uzun olması da maraqlıdır. Qızının tam adı: Rozalind Aruşu Arkadinu Altalun Turman Byussondur. Bu hamiləlik ulduz üçün çox ağır keçib. Doğuşdan sonra aktrisanın əvvəlki formasını bərpa etməsi üçün uzun müddət tələb olub.

after40prgnnt14 Знаменитости, ставшие мамами после 40

Culiana Murun uşaqları və həyat yoldaşı ilə fotosu

after40prgnnt15 Знаменитости, ставшие мамами после 40

Culina Mur özünün ilk uşağını 37 yaşında qucağına alıb. Aktrisanın ikinci övladı isə 42 yaşı olanda qızı - Liv Xelen dünyaya gəlir. Aktrisa müsahibəsində 42 yaşında ana olmaq istəməsini bu cür izah edir, “Mən dəlicəsinə uşaq istəyirdim və mənim istəyim yerinə yetdi!”.

after40prgnnt16 Знаменитости, ставшие мамами после 40

Marsiya Krossun hamiləlik fotosu

after40prgnnt17 Знаменитости, ставшие мамами после 40

Ümidsiz ev qadınları serialının ulduzu Maria Cross əkizlərini 45 yaşında dünyaya gətirir. O da, Nikol Kidman kimi uzun müddət sonsuzluqdan əziyyət çəkib. Aktrisa süni mayalanma nəticəsində hamilə qalır. Aktrisanın vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, əkizlərini 9 ay tamam olmadan qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gətirir. M.Kross əkizlərini haqqında hisslərini belə ifadə edir ki, “Mənə belə gəlir ki, əgər mən 35 yaşında ana olsaydım, sahib olduğum möcüzələri indi bu qədər qiymətləndirməzdim”.

after40prgnnt18 Знаменитости, ставшие мамами после 40

Qven Stefaninin hamiləlik fotosu

after40prgnnt19 Знаменитости, ставшие мамами после 40

Qven Stefani 43 yaşında 3-cü hamiləliyində artıq 2 oğul anası idi. 43 yaşında ulduz yenə də oğul anası olur. Oğluna Apollo adını verir. Hamiləliyi ilk vaxtlarda ağır keçsə də, 3-cü rübündə Qven sanki çiçək açır. Qven hamiləliyi haqqında deyir ki, “Yenə hamilə olduğumu öyrənəndə sevincdən göylərdə uçurdum, özümü çox xoşbəxt hiss edirdim.

after40prgnnt20 Знаменитости, ставшие мамами после 40

Tina Feyin hamiləlik fotosu

after40prgnnt21 Знаменитости, ставшие мамами после 40

Aktrisa ilk qızı Penelopanı 41 yaşında dünyaya gətirsə də, yaşından şikayət etməmişdi. Onun hamiləliyi yüngül keçmişdi, doğuş ağır olmamışdı.

after40prgnnt22 Знаменитости, ставшие мамами после 40

Reyçel Zoya hamiləlik zamanı

after40prgnnt23 Знаменитости, ставшие мамами после 40

Məşhur dizayner Reyçel Zoya ilk övladını 39 yaşında uşağı dünyaya gətirib. Reyçel birinci övladını dünyaya gətirdikdən sonra ikinci dəfə hamilə qalmaq üçün fasilə vermir. O ilk doğuşdan sonra yenə hamilə qalır. İkinci körpəsini 41 yaşında dünyaya gətirir. Dizaynerin hamiləliyi qaydasında keçirdi, hətta neçə ay ana olmağa hazırlaşdığını hamıdan gizli saxlaya bilmişdi.

after40prgnnt24 Знаменитости, ставшие мамами после 40

Linda Evenqelista hamiləlik zamanı

after40prgnnt25 Знаменитости, ставшие мамами после 40

Tanınmış və cazibədar supermodel oğlunu 42 yaşında dünyaya gətirib.

after40prgnnt26 Знаменитости, ставшие мамами после 40

Madonna hamiləlik zamanı

Madonna ilk uşağını 37 yaşında qucağına alıb. 41 yaşında isə keçmiş həyat yoldaşı Qay Riçidən oğlan övladı dünyaya gətirir. Tanınmış müğənninin övladlığa götürdüyü uşaqları da var.

Naomi Vatts hamiləlik zamanı

Ana ola bilmək üçün uzun illər müalicə alıb. Muradına isə 38 yaşında çatır. İki il sonra daha bir uşaq sahibi olan Naomi indi 46 yaşındadır.

Bu məşhurları birləşdirən onların təkcə 40-yaşından sonra ana olması deyil. Yuxarıda sadalandığımız qadınlar gec yaşda ana olmasına baxmayaraq, tez bir zamanda əvvəlki formasına qayıda biliblər. Sağlam qidalanma və məşqlər onların bu yolda ən etibarlı müttəfiqləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm