"Möhtəşəm Yüzil" serialının aktyorları indi harada çalışırlar? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Möhtəşəm Yüzil" serialının aktyorları indi harada çalışırlar? - FOTOLAR

Sultan Süleyman Qanuni və Hürrəm Sultan üzərində qurulan serial daha ekranlara çıxmadan belə mübahisələr yaratmışdı.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ilk sezondan sonra serial həm izlənmə, həm də polemika rekordları qırdı. "Möhtəşəm Yüzil" eyni zamanda ölkədəki bütün məşhur oyunçuların ən azı bir dəfə kamera qarşısına keçdiyi film kimi də yaddaşlara həkk olunub.

Serial 2014-cü ildə sona çatdı. Üç il ərzində tamaşaçıları ekrana bağlayan serialının son mövsümündə rol alan aktyorların indi harada olduğunu, nə etdiyini bilirsinizmi?

Sultan Süleymanı Qanuni obrazını Xalid Ərgənc canlandırıb. Aktyor bu mövsüm ən son həyat yoldaşı Bərgüzar Korel ilə çıxdığı tətildə gündəmə gəlib.

"Möhtəşəm Yüzil" sayəsində tanınan aktrisa Məryəm Üzərlinin isə sözün tam mənası ilə həyatı dəyişib. Çəkilişlərdən yorulan aktrisa Almaniyada istirahət edir. Qız uşağı anası olan Üzərli yaxın zamanda yeni bir layihə üçün Türkiyəyə gələcək.

Məryəm Üzərlini serialda əvəz edən Vahidə Pərçim oldu. Serial final etdikdən sonra o da bir az dincəlməyə qərar verdi.

Aydın Tüzünataç serialın heyətinə sonradan qoşulub. "Möhtəşəm Yüzil"də Nisa Sultanı canlandırıb. Serial bitdikdən sonra onu keçmiş sevgilisi Nejat İşlərlə kameralar qarşısında gördük. O, İşləri çətin vaxtlarında heç tək qoymayıb.

"Fatmagülün suçu nə" filmi ilə tanınan Əngin Öztürk serialının son mövsümündə Şahzadə Səlimi canlandırıb. Hazırda hər hansı bir layihəydə iştirak etmir.

Araz Bulud İynemli serialın son mövsümündə Şahzadə Bayezid rolunu oynayıb. Yeni mövsüm də Hazal Qaya ilə birlikdə bir film üçün kamera qarşısına keçəcəyi deyilir.

Məmməd Günsür isə Şahzadə Mustafa olaraq ekrana gəlib. Günsür yeni mövsümdə heç bir serialda rol almır.

Mərvə Boluğur da son sezonda rol alıb. Bu mövsüm isə dincəlməyə qərarlıdır.

Rüstəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm