• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Miri Yusif: "Onunla liftdə qalmaq istəyirəm..."

Miri Yusif:  "Onunla liftdə qalmaq istəyirəm..."

Müğənni Miri Yusif “Nargis” dərgisinin “Anket” rubrikasının qonağı olub.

Soyadı, adı, ata adı: Mirbabayev Mir Yusif.
Doğum tarixi: 27 oktyabr, 1977.
Doğum yeri: Bakı.
Qan qrupu: RH (2) +
Sənəti: müğənni.
Boyu: 174 santimetr.
Çəkisi: 80 kiloqram.

- Ən çox nə zaman pul xərcləmisiniz?

- Dostlarla Las-Veqasda istirahət edərkən. Kazinoda yüksək məbləğdə pul udduq və hamısını bir gecədə xərcləməyə qərar verdik. Belə bir deyim də var: "Las-Veqasda qazandığın pulu Las-Veqasda xərcləməlisən".

- Sizi ən çox təsirləndirən son hadisə...

- Heydər Əliyev Sarayında verdiyim son konsert. Zaldakı işıqlar göz qamaşdırırdı. Oraya gələn insanlar məni təsirləndirdi.

- Sənətdə hansı zirvəyə yüksəlmək istəyirsiniz?

- Mən yaradıcılıqda sərhəd tanımıram. Amma indiki halda "Kristal Holl"da çıxış etməyi çox istəyirəm.

- Sevimli ədəbiyyat və ya kino qəhrəmanın...

- Sevimli kino qəhrəmanım Don Korleone və onun oğlu Maykldır. Onların üslubu və həyata baxışını çox sevirəm.

- Ən böyük çatışmazlığınız nədir?

- Məncə, kifayət qədər təmkinli deyiləm.

- Dostlarınızda ən çox nəyi dəyərləndirirsiniz?

- Səmimiyyət. Səmimi olmayan insanlarla danışa bilmirəm.

- Sizi özünüzdən çıxara biləcək 3 şey...

- Ədalətsizlik, yekəxanalıq və yalan.

- Kiminlə liftdə qalmağı arzulayarsınız?

- Müğənni Zemfira ilə... Onun yaradıcılığını çox sevirəm və üz-üzə ünsiyyətdə olmaq istəyərəm. Bu, liftdə də ola bilər.

- Hansı söz və ya ifadəni tez-tez işlədirsiniz?

- "Bizim axırımız nə olacaq?"

- Etmək istəyib edə bilmədiyiniz nəsə varmı?

- Ev tikmək istəyirəm. Ümid edirəm ki, yaxın zamanda bu istəyimi reallaşdıracağam.

- Ən çox nədən bezirsiniz?

- İşsizlikdən.

- Deyirlər ki, hər insanın fobiyası var. Bəs sizin?

- Hündürlükdən çox qorxuram.

- Özünüzü çəkin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR