Türkiyənin məşhur caz qrupu Bakıya gəlir – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyənin məşhur caz qrupu Bakıya gəlir – FOTOLAR

Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda keçiriləcək möhtəşəm “Türkiyə Caz Festivalı”nda məşhur caz qrupu iştirak edəcək.

Publika.az-ın məlumatına görə, 10-17 Oktyabr 2014-cü il tarixləri arasında keçiriləcək festivalın ilk günündə çıxış edəcək qrup rəhbəri Bora Çeliker Azərbaycanda keçiriləcək bu möhtəşəm festivalda iştirak etməsindən məmnun olduğunu qeyd edib. Onu da deyək ki, oktyabrın əvvəllərində Bakıya gələcək caz qrupunun yaradıcısı Bora Çeliker gitara ifa etməyə 1988-ci ildə başlayıb.

Universitet illərini Ankarada “The Crawling Snakes”, “The Jukes (1996)” və “The King Bees (1997)” adlı qrupların rəhbəri olub. Bora Çeliker Türkiyədə keçirilən bir çox caz festivalarda iştirak edib. 1999-cu ildə qurduğu “Janusz Szprot” qrupu ilə peşəkar şəkildə caza başlayıb. Eyni ildə İstanbulda 92.3 Radiosunda “Blues Makinası” proqramını edib. 2005-ci ildə Hərbiyə Açıq Hava Teatrında caz ustası Sarp Madenle birlikdə səhnə çıxıb. Universiteti illərində musiqini çox yüksək səviyyədə bilən Bora ilk albomunu 2013-ci ildə "Borabook" adı ilə çıxarıb. Onu da deyək ki, Bora Türkiyədə ən önəmli caz ustadlarından biridir. Bora Çeliker Türkiyə cazının inkişafında çox böyük rol oynayıb.

Qeyd edək ki, konsertə giriş pulsuz olacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm