Tabloid.az
“Əfsanələr paytaxtı”nda təntənəli bayram – FOTO
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, 2014-cü ildə Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı", Abşeron rayonu isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib.
Bu barədə Publika.az-a nazirliyin mətbuat
katibi Zöhrə Əliyeva məlumat verib.
Təsdiq olunmuş planauyğun olaraq il ərzində "Xalq yaradıcılığı
paytaxtları"nda müxtəlif tədbirlər keçiriləcək. Sentyabrın 18-19-da
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ
rayonunda "Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014"
layihəsi çərçivəsində təntənəli tədbir keçiriləcək.
Eyni zamanda, rayonda "Gənc şairlər" ədəbi məclisi təşkil olunacaq. Tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatılacağı gözlənilir. Sentyabrın 25-26-da "Folklor paytaxtı" Balakəndə, oktyabrın 3-də isə "Sənətkarlıq paytaxtı" Abşeronda tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda, regionların turizm potensialının tanıdılmasıdır.
Cəvahir Səlimqızı
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO