Tabloid.az
Əməkdar artist: “Mən niyə kasıb oluram ki?”
Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva tələbələrin dərsə şəxsi avtomobilləriylə getməyindən danışıb.
Aktrisa Publika.az-a açıqlamasında bildirib ki, avtomobil hər kəs üçün rahatlıq olsa da, həm də təhlükəlidir: “Heç vaxt qızıma avtomobil almaram. Heç pulum olsa da, almaq fikrim yoxdur. 17 yaşlı yeniyetmə qızın maşın sürməyinə ehtiyac yoxdur. İkincisi də indi cavan uşaqların əksəriyyəti maşın sürə bilmirlər. Baxın, qəza törədənlərin əksəriyyəti cavan uşaqlardır. Çünki bərk sürürlər, nəticədə həyatlarını təhlükəyə atırlar. Qızım da nə vaxt ailər qurar, onda həyat yoldaşı istəsə, alar”.
Aktrisa bildirib ki, qızına maşın almağa qarşı olsa da, öz avtomobilini yeniləyəcək: “İndi öz maşınımı yeniləmək fikrim var. Bu maşınımı xeyli vaxtdır sürürəm. Yəqin ki, yaxın vaxtlarda yenisini alacağam”. Əməkdar artist bir müddət öncə mətbuatda haqqında yazılanlara da münasibət bildirib: “Qızım ali məktəbə qəbul olanda bəzi saytlar yazmışdı ki, Azərbaycanın ən kasıb aktrisasının qızı tələbə oldu. Mən niyə kasıb oluram ki? Şükür Allaha, bütün günü teatrda, toylarda, xınayaxdılarda işləyirəm. Çox zəhmətkeş insanam və bunu hesabına dolanışığımı təmin etmişəm. Zəngin olmasam da, kasıb da deyiləm. Heç istəməzdim ki, mətbuat belə şeylər yazsın”.
İntiqam VALEHOĞLU
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər