Xalq artisti jurnalistlərə konsert verəcək - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Xalq artisti jurnalistlərə konsert verəcək - ÖZƏL

Xalq artisti Nəzakət Teymurova yeni layihəsini həyata keçirmək arzusundadır.

Publika.az-a bu barədə danışan xanəndə xanım fərqli üslubda solo-konsert vermək arzusundadır: “Elə bir konsert vermək istəyirəm ki, orda yalnız jurnalistlər iştirak etsin. Söhbət peşəkar və sənət aləmindən baş çıxaran qələm sahiblərindən gedir. İstəyirəm ki, həmin konsertdə iştirak edən jurnalistlər oxuduğum mahnılar barədə öz fikirlərini çalışdıqları mətbuat orqanında dərc etsinlər. Amma bu yazılar obyektiv xarakter daşısın”.

Belə bir solo-konserti yaxın zamanlarda həyata keçirəcəyinə ümid edən Nəzakət Teymurova konsertində fərqli repertuarla çıxış edəcəyini bildirdi: “Mənim konsertlərim başqalarınkından fərqlənib. İri konsert məkanlarında verdiyim konsertlərin əksəriyyəti canlı orkestrlə müşayiət olunub. Jurnalistlər üçün verəcəyim konsertin özəlliyini isə qabaqcadan demək istəmirəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm