Tolik Natəvana səsləndi: “Sevgilin məndən üzr istəsin” - QALMAQAL
Bizi izləyin

Tabloid.az

Tolik Natəvana səsləndi: “Sevgilin məndən üzr istəsin” - QALMAQAL

Müğənni Natəvan Həbibi ilə prodüser Tolik arasında qalmaqal yenidən alovlanıb. Publika.az-ın məlumatına görə, prodüser “İnstagram” bloqunda acığını belə ifadə edib:

“Bunlar lap özlərini böyük adam sayıblar, yalandan məlumat yazıb toy-bayram edirlər, həbsxanada məni çox istəyirlər, vallah orada da mənə pis olmaz, siz öz halınıza yanın.

Mənim arxamda Azərbaycan dövləti və qanun var. Əgər haqsızamsa, qanun nə deyirsə, onu da edərəm. Amma məndən qabaq ona o sözü deyənlər hələ təkzib versinlər.

Mən bəziləri kimi heç kimi təhqir etmirəm, heç kim də məndən üzrxahlıq gözləməsin!!! Sənin də sevgilin telefonda bizi az söyməyib, o da bizdən üzr istəsin!!! Mən calışmışam insanların ürəyində hər zaman yaxşı işlərimlə, əməllərimlə qalım, sən neynəmisən bu ölkə, bu xalq üçün. Söz vermişdim ki, daha sənin haqda heç nə yazmayacağam, amma bu son. Daha məndən heç nə gözləmə!!! Üzr istəyənin atasına lənət!!!

Heç biz Mülki Məcəllənin 23 maddəsində üzr istəmək sözü yoxdur, yalnız təkzib var. Kiminsə sifarişi ilə iş görmürəm”.

Qeyd edək ki, məhkəmə qətnaməsinə görə, Tolik Natəvanla bağlı yaydığı yalan məlumata və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Əks təqdirdə, Tolik AR Cinayət Məcəlləsinin 306-cı maddəsiylə 3 il həbs oluna bilər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm