Bakıda möhtəşəm festival - FOTO
Bizi izləyin

Tabloid.az

Bakıda möhtəşəm festival - FOTO

Sentyabrın 18-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Festival Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından üverturanın səslənməsi ilə açıq elan edilib.

Orkestrin bədii rəhbər və baş dirijoru, xalq artisti Rauf Abdullayev, solistləri Ceyhun Allahverdiyev (piano, Azərbaycan) və İlya Qrubert (violin, Hollandiya) olub.

Konsertdə İ.Bramsın violin və orkestr üçün konserti, həmçinin Azərbaycanın xalq artisti Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.

Qeyd edək ki, Arif Məlikov bir aya yazdığı və konsertdə ilk dəfə səsləndirilən bu əsəri sevimli qızı Şirin Məlikovaya həsr edib.
Festival sentyabrın 28-dək davam edəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm