• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Səksən yaşlı Sofi Loren...

Səksən yaşlı Sofi Loren...

Bu gün dünyaşöhrəti Hollivud ulduzu Sofi Lorenin doğum günüdür.


1934-cü ildə İtaliyada dünyaya gələn aktrisa 16 yaşında ikən səhnəyə qədəm qoyub.


Publika.az xəbər verir ki, gerçək adı Anna Sofia olan aktrisa qeyri-qanuni nikahdan doğulub. Valideynləri onu Hollivuda buraxmadıqda, özünü Roma kinostudiyasında sınamağa qərar verib...

Atasını ilk dəfə görəndə onun beş yaşı var idi. Xeyli sonra atası ölərkən xəstəxanadaykən həmin günləri Sofi belə xatırlayır: “Mən özümdə hansısa hisləri yaratmağa çalışdım. Amma heç nə alınmadı”.

İlk filmi "Çoçara" ona böyük şöhrət gətirir. 1967-ci ildə "Honkonqlu qrafinya" filminə çəkilir. Amma bu film gözlənildiyi uğuru gətirmir. Aktrisa “Dünən, bu gün, sabah”, “Səfər”, “Toto Tarzan”, “Anna”, “Neapol qızılı”, “Qadın olmaq xoşbəxtliyi”, “Açar” və s. kimi məşhur filmlərə çəkilib.

Ara-sıra uğursuzluqlara baxmayaraq, Sofi heç vaxt sənətdə öz mövqeyini əldən verməyib. 1969-ci ildə Hollivud jurnalistlərinin 38 ölkədə keçirdiyi sorğuya əsasən, Sofi Loren ilin ən məşhur aktrisası kimi "Qızıl şar" mükafatına layiq görülür...


Onun gözəlliyinin sirri nədədir? Aktrisa zeytun yağı vannasını qəbul edir. Soyuq və isti duş qəbul edir, gün ərzində, ən azı, 8 stəkan su içir və hərdən buna limon şirəsi də əlavə edir.

Daha çox meyvə-tərəvəzdən istifadə edir. Piyada çox gəzir. Hər səhər, hətta istəməsə belə, özünü məcbur edərək saatlarla parkda dolaşır. Ən əsası, pozitiv düşünməyə çalışır.

Həkimi onun barəsində müsahibə verərkən, aktrisanın plastik cərrahiyyəyə minimum 50 min dollar pul xərclədiyini deyib. Onun həkimin məsləhəti ilə dodaqlarına, alnına botoks etdirdiyi, gözətrafı və üzdəki qırışları aradan qaldırmaq üçün əməliyyatlar keçirdiyi bildirilir. Sofinin həm də sinəsinə implant qoyduğu da ehtimal olunur.

Aktrisa 1991-ci ildə “Oskar”mükafatına layiq görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR