Beren Saatın 1 milyonluq istirahəti
Bizi izləyin

Tabloid.az

Beren Saatın 1 milyonluq istirahəti

Türkiyənin populyar aktrisalarından olan Beren Saat istirahətə yollanmaq qərarına gəlib.


Milli.Az AHT-yə istinadən bildirir ki, 6 aydan bəri fasiləsiz çalışdığını deyən aktrisa yorulduğunu vurğulayıb.

"Ən azı yarım il istirahət etmək fikrim var. Yoruldum, dincəlməliyəm", - Beren Saat deyib.

Beren Saatın çəkildiyi son "İntikam" teleserialının hər seriyasına görə 30 min lirə qonorar aldığını nəzərə alsaq, aktrisa 40 seriyalıq istirahəti üçün 1,2 milyon lirədən keçəcək.

"İntikam" başa çatandan sonra Beren Saat bir müddət çəkiliş meydançalarından kənar qalacağını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm