Sevda Yəhyayeva qısa donu ilə göz qamaşdırdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Sevda Yəhyayeva qısa donu ilə göz qamaşdırdı - Fotolar

Həftənin ən şıq ulduzları

Məşhurlar bu həftə təkcə yaradıcılğındakı yeniliklərlə, kliplərlər və qalmaqallarla yadda qalmayıblar. Onların şəxsi "İnstagram" səhifəsində paylaşdıqları fotolar və dəbdəbəli stilləri dəb ikonası olmağa iddialı olduqlarını göstərirlər.

Tabloid.az məşhurların həftə ərzində ən çox diqqət çəkən stillərini, təmtəraqlı ziyafət libaslarını və kokteyl geyimlərinin fotolarını toplayıb. İlk olaraq onu qeyd edək ki, ulduzlarımız bu həftə də ən çox uzun libaslara və yubkalara üstünlük veriblər. Bu isə onların dəbin nəbzinə ayaq uydurduğunu göstərir. Lakin mini tərzi ilə seçilən ulduzlar da az deyildi.

Bu həftə Sevda Yəhyayeva metal rəngli qısa donu və eyni rəngli ayaqqabıları ilə ən çox yadda qalan adlardan biridir. Bu ilin metal dəbi Sevda Yəhyayevaya mükəmməl yaraşır. Paltarın biçimi isə məktəbli qızları xatırladır.

Xatirə İslam bu həftə uzun və təmtəraqlı ziyafət libasları ilə diqqət çəkib. Su yaşılı uzun donu ifaçıya çox yaraşır, həm də onu zərif göstərirdi. Makiyajı, saç düzümü seçdiyi geyimlərlə uyğunluğu da nəzərdən qaçmır.

Klassik üslubda görməyə vərdiş etdiyimiz Samirə Allahverdiya çox sadə, amma şıq geyimlə təqdirə layiqdir. O, uzun tül yubkasını ağ köynəklə uyğunlaşdırıb. Stilini uzun mirvari boyunbağı ilə tamamlayıb.

Günay İbrahimli Azərbaycan estradasının stil ikonası olmağa olduqca iddialıdır. Onun özünəməxsus tərzinin olması hətta gündəlik geyim tərzində də özünü aydın şəkildə göstərir. Maraqlı geyimləri bir-biri ilə kombinə etməkdə ustadır. Sadə libaslarını göstərişli aksessuarlarla, ya da eleqant ayaqqabılarla tamamlayır. Onu fərqləndirən digər cəhət isə üslubunda daha çox dekolteli geyimlərə yer verməsidir.

Cazibədar və çılğın aparıcı Kəmalə Piriyeva da stilinə xüsusi önəm verən məşhurlar sırasına daxildir. Aparıcının həftə ərzində geyindiyi geyimlər onun bədən quruluşunu yaxşı tanımasından və incə zövqündən xəbər verir. O, uzun alqırmızı ziyafət libasında çox seksual görünür. Bu libasın sinə dekoltesi də maraqlı alınıb.

Tünzalə Ağayevanın möhtəşəm ziyafət libaslarının müəllifi modelyer Gülnarə Xəlilovadır. Onlar artıq uzun illərdir ki, birlikdə işləyirlər. Gülnarə Xəlilova Tünzalə Ağayeva üçün onun ruhuna, daxili dünyasına və ifa tərzinə uyğun olaraq geyimlər seçir. İfaçının hər bir stili bir-birindən maraqlı olması ilə seçilir. G.Xəlilovanın əl işlərini ifaçı ona layiqli ayaqqabı, çanta və aksessuarlarla tamamlayır.

Röyanın ən yaxşı geyinən məşhurlardan biri olduğu artıq heç kimə sirr deyil. O, bu həftə şirin, qısa donunun və ayaqqabısının fotosunu çəkməklə kifayətlənib.

Brilliant Dadaşova isə enli balaq şalvar dəbi ilə ayaqlaşıb. Balaqlarındakı rənglər sayəsində qara daha şalvar modern görünür.

Fəxriyyə Xələləfova uzun təmtəraqlı və parıltılı ziyafət libası ilə seçilir.

İlhamə Qasımova isə bütün dövrlərdə aktual olan xallı parçadan tikilən donla yadda qalıb.

Gülay Zeynallı isə bu həftə də hər zaman üstünlük verdiyi klassik geyim üslubuna sadiq qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm