
Türkiyəli müğənni Dəmət Akalının həyat yoldaşı Okan Kurt
dünən dünyaya gələn qızları üçün xəstəxanada qurban kəsmək
istəyib.
Maslak Acıbadem xəstəxanasının rəhbərliyi buna icazə
verməyib.
Buna baxmayaraq iş adamı O.Kurt iş yerində qurbanların artıq
kəsildiyini deyib:
"Qızımız Hira qeysəriyyə yolu ilə doğuldu. 3 kiloqram 70 qram çəkisi və 47 santimetr boyu var. Anasına çox bənzəyir. Hər şey qaydasındadır. Xəstəxanaya girdikdə mən qorxdum, amma Dəmət qorxmadı. Burada qurban kəsməyimə icazə vermədilər, amma iş yerimdə 11 qurban kəsilib"./Axşam.az