Aparıcı Zaur Baxşəliyevin döyülməsi xəbəri yayıldı - FOTO
Bizi izləyin

Tabloid.az

Aparıcı Zaur Baxşəliyevin döyülməsi xəbəri yayıldı - FOTO

Tanınmış aparıcı Zaur Baxşəliyevin toy mərasimində döyülməsi xəbəri yayılıb.

Bu barədə Axar.az-a toyda iştirak edən qonaqlardan biri məlumat verib. Mənbə qeyd edib ki, hadisə ATV kanalının aparıcısı Z.Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyevin toy mərasimində baş verib.

Toy mərasimi sentyabrın 18-də Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Tural” şadlıq sarayında baş tutub. Naməlum səbəbdən toyda dava düşüb. Mənbənin sözlərinə görə, Zaur Baxşəliyev mübahisə edən tərəfləri sakitləşdirmək istəyərkən təzyiqə məruz qalıb.

“Tural” şadlıq sarayından toyda baş verən dava təsdiqlənsə də, Zaur Baxəliyevin döyülməsindən xəbərsiz olduqlarını bildirdilər.

Xatırladaq ki, Sənan Baxşəliyev ATV kanalında yayımlanan Z.Baxşəliyevin aparıcısı olduğu “Öz aramızda” verilişində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm