Mətanəti canlı yayımda ağlatdılar – FOTO
Bizi izləyin

Tabloid.az

Mətanəti canlı yayımda ağlatdılar – FOTO

Müğənni Mətanət Əsədova canlı yayımda göz yaşına hakim ola bilməyib.

Publika.az-ın məlumatına görə, müğənni ATV-nin efirində yayımlanan “Gündəlik” proqramında ağlaya-ağlaya oxuyub.

Aparıcı Mətanət Əliverdiyeva onu sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Mahnını oxuyub qurtarandan sonra isə müğənni göz yaşlarının səbəbini belə izah edib: “Vəfasız mən oldum, qərarsız mən oldum” adlı mahnını oxuyanda göz yaşımı saxlaya bilmirəm. Çünki bu mahnı rəhmətlik bacımın çox xoşuna gəlirdi. Elə buna görə də bu mahnının sözlərini onun məzar daşına yazdırdım. Mətanətin üzünə baxmayın e belə gülür-danışır, Mətanətin içi qan ağlayır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm