Rasim Balayev Rusiyadakı “oğlu”ndan danışdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rasim Balayev Rusiyadakı “oğlu”ndan danışdı - FOTOLAR

İki gün öncə Publika.az saytı "Babək" filmində baş qəhrəman Babəkin və onun həyat yoldaşı Zərnisənin oğlu Buğdayı oynayan aktyor Məhəmməd Verdiyevin fotolarını təqdim etmişdi.

R.Balayev bu gün saytımıza açıqlama verərək “oğlu”ndan danışıb.

Sənətkar “Buğda”yı son dəfə bir neçə il öncə gördüyünü bildirib: “Məhəmmədi bir müddət əvvəl Bakıya gələndə görmüşdüm. Onu bu yaxınlarda bir rus filmində gördüm. Ruslar Türkiyədə nəsə çəkmişdilər. Məhəmməd də orda oynayırdı. “Babək” filmi onun kino sahəsində ilk işi idi”.

R.Balayev Məhəmməd Verdiyevin hazırda Tverdə yaşadığından xəbərdar olduğunu deyib: “Bildiyimə görə “Rusiyanın Tver vilayətində yaşayır. “Orda tikinti işləri ilə məşğuldur”.

Qeyd edək ki, 1979-cu ildə lentə alınmış bu filmdə Amaliya Pənahova (Zərnisə) Rasim Balayevin (Babək) həyat yoldaşı rolunu oynayır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm