Xanım yazıçımızı itirdik - FOTO
Bizi izləyin

Tabloid.az

Xanım yazıçımızı itirdik - FOTO

Azərbaycanın görkəmli yazıçısı Ələviyyə Babayeva bu gün saat 10-da uzun sürən xəstəlikdən sonra 93 yaşında dünyasını dəyişib. Publika.az-ın məlumatına görə, sevilən yazıçı evindən son mənzilə yola salınacaq.

Qeyd edək ki, Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K.Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y.Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin "Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunub.

"Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olub. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin ölkəmizin bir çox yerlərində ədəbi tədbirlərdə iştirak edib.

Allah rəhmət eləsin.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm