"Pink Floyd" 20 il sonra albom çıxarır - Video
Bizi izləyin

Tabloid.az

"Pink Floyd" 20 il sonra albom çıxarır - Video

Rok tarixinin əfsanələşmiş musiqi qrupu “Pink Floyd” yeni albom çıxarmağa hazırlaşır.

20 il sonra yenidən pərəstişkarlarını sevindirən "Pink Floyd"un yeni albomunun adı da məlum olub. "The Endless River" adlı abom oktyabrın 10-da təqdim olunacaq.

Qrup axırıncı dəfə 1994-cü ildə “The Division Bell” adlı albomu rok sevərlərə təqdim etmişdi.

Yeni albom çıxarmaq fikri qrupun üzvləri Gilmur ilə Nik Masona aiddir. Onlar yeni albomda 2008-ci ildə vəfat edən sintizator ifaçısı Rik Vrightı da yad etməyi planlaşdırırlar.

Gilmur bu haqda danışarkən albomun XXİ əsrə uyğun olması üçün əllərindən gələni etdiklərini vurğulayıb:

“Üçümüzün çaldığı, 20 saatdan çox olan səs lentini yenidən dinlədik və yeni albomda yer vermək istədiyimiz musiqiləri seçdik. Son bir ildir ki, bu musiqilərin üzərində işləyirik. XXİ əsrə uyğun "Pink Floyd" albomu hazırlamaq üçün texnologiyadan da yararlanmışıq. Rik aramızda olmasa da onu musiqilərdə yaşatmağa çalışacağıq”.

Nik Mason da albomun Rik Wrightın xatirəsinə həsr olunduğunu vurğulayıb:

““The Endless River” albomunda Rik Wrightın xatirəsini yaşatmaq istədik. Məncə bu albom onun qrup üçün etdiklərini xatırlamaq və onun musiqisinin "Pink Floyd"un ürəyində yer aldığını göstərmək üçün ən yaxşı yol oldu. Səs lentlərini dinləyəndə onun əvəzolunmaz bir musiqiçi olduğunu bir daha anladım”.

Məşhur qrupun yeni albomunda yer alacaq musiqiləri də bəlli olub. Tabloid.az albomdak mahnıların tam siyahısını təqdim edir:

1. "Things Left Unsaid"

2. "It’s What We Do"

3. "Ebb and Flow"

4. "Sum"

5. "Skins"

6. "Unsung"

7. "Anisina"

8. "The Lost Art of Conversation"

9. "On Noodle Street

10. "Night Light"

11. "Allons-y (1)"

12. "Autumn’68"

13. "Allons-y (2)"

14. "Talkin’ Hawkin'"

15. "Calling"

16. "Eyes To Pearls"

17. "Surfacing"

18. "Louder Than Words"

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm