Gülnarə Xəlilovadan xoş xəbər
Bizi izləyin

Tabloid.az

Gülnarə Xəlilovadan xoş xəbər

Tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova “İpək yolu” III Beynəlxalq Avrasiya Geyim Festivalında Azərbaycanı təmsil edib. G. Xəlilova “Master Exibition & Performance Award” nüfuzlu mükafatına layiq görülüb.

Bu barədə Publika.az-a danışan modelyer xanım Beynəlxalq festivalın Çinin Urumçi şəhərində Duxuey beynəlxalq geyim şəhərciyinin sərgi mərkəzində keçirildiyini deyib: “Mən orda üç kolleksiya təqdim etdim. Bunlar müxtəlif materiallardan ibarət "Emosiyaların partlayışı", "İlham"- xəz və dəri materiallarından istifadə etməklə geyimin üslublaşdırılmış toxunması, nəhayət ən sevimlilərdən biri "Ilmələrin sehri" - xalis əl iş ilə paltarın toxunuşudur. Sonuncuda bütün aksesuarlar, zinət, boyunbağı, sırğalar, qolbaqlar və hətta düymələr sapdan hazırlanıb. Ümumilikdə 43 geyim təqdim olunub, onlardan bəziləri ilk dəfə nümayiş olunub. Sevindirici haldır ki, insanlar bu koleksiyanı sürəkli alqışlarla qarşılayırdı, Çin KİV-i isə bu işləri yüskək qiymətləndirdi. Qeyd etmək istərdim ki, heç vaxt dünya podiumlarında bu qədər əl işilə toxunma məmulat təqdim olunmamışdı”.

Onu da öyrəndik ki, Festivalda 7 ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan. Hollandiya, Fransa dizaynerləri və əlbəttə ki, Sintsyan-Uyğur Muxtar Vilayət və Çinin müxtəlif şəhərlərinin modelyerləri iştirak ediblər.

Festivalın təşkilatçısı Çin Xalq Respublikasının Sintsyan-Uyğur muxtar vilayətinin Xalq Hökuməti, ÇXR-in Sənaye və İnformasiyalaşdırma Nazirliyi, ÇXR-in Toxuculuq Sənayesi Assosiasiyası, SUMV-un İqtisadiyyat və İnformasiyalaşdırma Komissiyası, SUMV-un Qadınlar Federasiyası və Urumçi Xalq Hökuməti, SUMV-un Geyim Assosiasiyası, ÇXR cə SUMV-un müvafiq orqanlarıdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm