Rasim Balayev hansı təklifi rədd etdi - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Rasim Balayev hansı təklifi rədd etdi - AÇIQLAMA

Xalq artisti Rasim Balayev bir neçə serialdan aldığı təklifi rədd edib.

Bu barədə Publika.az-a sənətkar özü açıqlama verib. Aktyor bildirib ki, dəvətləri qəbul etməməyinə səbəb görülən işlərin onu qane etməməyidir: “Bir neçə təkliflər oldu. İşlə tanış olmaq istədim. Baxdım gördüm ki, mənlik deyil”.

Sənətkar “nə vaxtsa özünüzü rejissor kimi sınamaq istərdinizmi” sualına belə cavab verib:

“Heç vaxt özümü rejissor kimi sınamaq fikrim olmayıb və bu gün də yoxdur. Rejissorluq çətin sənətdir, özü də əməlli-başlı sənətdir. Bu sənətə ciddi baxdığıma görə görürəm ki, məndə alınmaz”. Xalq artisti son vaxtlar sənət ictimaiyyətindən də uzaq düşdüyünü etiraf edib və səhhəti barədə danışıb: “Sənət ictimaiyyətindən də tam kənardayam. Teatra da getmirəm. Çünki dəvət etmirlər. Səhhətimə gəlincə, indi hər şey qaydasındadır. Bir müddət əvvəl özümü yaxşı hiss etmirdim. İndi yaxşıyam”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm