Zaur keçmişini xatırlayıb ağladı - FOTO
Bizi izləyin

Tabloid.az

Zaur keçmişini xatırlayıb ağladı - FOTO

ATV-nin aparıcısı Zaur Baxşəliyev keçmişini xatırlayaraq ağlayıb. Publika.az-ın məlumatına görə, aparıcı “İnstagram” səhifəsində nostalji hislərə qapılaraq ürəyini boşaldıb:

“Günü-gündən artan insanları gördükcə ağlamaq tutur məni, kövrəlirəm. İllər öncə ilk efirə çıxmağım yadıma düşür. Heç kimin tanımadığı, hər kəsin yuxarıdan aşağı baxdığı Zaur yadıma düşür. İnanın ki, bu sevgini, bu istəyi qazanmaq üçün o qədər dua edirdim. Allah sizi bizə çox görməsin. Sizə qurban olaram, yadımdadır ilk dəfə efirə çıxdım, səhəri getdim “Tarqovı”ya ki, görüm hamı tanıyır məni. Üzümə baxan da yox idi.

Depressiyada idim, yadıma düşür, ölürəm gülməkdən. Bir günə kim kimi tanıyar? Artıq 14 il keçdi, 14 il. Sevirəm sizi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm