Rusiyada həbs olunan müğənnimiz: “Nə salam verirəm, nə də salamını alıram”
Bizi izləyin

Tabloid.az

Rusiyada həbs olunan müğənnimiz: “Nə salam verirəm, nə də salamını alıram”

“Şadan” qrupunun rəhbəri, iki ay öncə Rusiyada həbs olunmuş müğənni İntizar başına gələnlərlə bağlı Publika.az-ın suallarını cavablandırıb.

- İntizar bəy, iki ay idi, Azərbaycanda deyildiniz. Bu müddət ərzində mətbuatda təzadlı məlumatlar yayılırdı. Əslində, nə baş vermişdi?

- Mən Gürcüstan vətəndaşıyam. Rusiyaya getmək üçün isə Gürcüstan vətəndaşlarının vizası olmalıdır. Sənədlərimizi yoxladılar, vizamız olmadığına görə saxlanıldıq. İki ay “stop” vermişdilər. Pasportlarımızı əlimizdən alandan sonra bizə bir sənəd verdilər.

- Polisdə nə qədər saxladılar?

- Dörd saat sorğu-sual olunduq.

- Sizə verdikləri sənəd nə idi?

- Həmin sənədlə Rusiya ərazisində hərəkət edə bilərdim. Yəni ölkənin bütün şəhərlərinə gedə bilərdik.

- Rusiyada olduğunuz müddətdə sənət yoldaşlarınızdan sizinlə maraqlananlar oldumu?

- Əməkdar artist Ədalət Şükürov, səs rejissoru, aranjimançı dostlarımız sağ olsunlar, maraqlandılar, dəstək oldular.

- İndi Rusiyaya getməyinizə qadağa varmı?

- Məni deportasiya etmədilər. Şərti cəza verdilər ki, sabah hansısa xuliqanlıq baş verməsin.

- Xuliqanlıq etmişdiniz?

- Yox, elə bir şey olmamışdı. Yəni Rusiya qanunlarına əsasən, şərti cəza verilməliydi. Bizi ora Belarusdan dəvət elədilər və hər şey gözlənilmədən baş verdi.

- İki ay yaradıcılıqdan kənar qalmışdınız?

- Yox, orada işlərimi görürdüm. Oradakı studiyalarda müəyyən işlərimi görə bildim.

- Orada toylara gedirdiniz?

- Dəvət olanda gedirdim.

- Solo yaradıcılığınızda, “Şadan” qrupunda hansı yeniliklər var?

- Yaradıcısı olduğum “Şadan” qrupu fəaliyyət göstərir, yeni mahnılar yazdırırıq. Solo ifama gəlincə, “De görüm, nə var, nə yox” adlı ritmik mahnı yazmışam.

- Elə bil bu mahnı özünüzə həsr olunub?

- Mahnıda deyilir ki, “de görüm, nə var, nə yox, niyə yoxsan nə vaxtdı?” Elə özümə həsr eləmişəm.

- Adətən, qrupda oxuyan ifaçılar özlərinə solo karyera qururlar. Siz isə “Şeron”dan çıxıb “Şadan”ı yaratdınız. Məqsəd qrup rəhbəri olmaq idi?

- Qruplar da, fikirlər də müxtəlif olur.”Şeron”da da böyük əziyyətlərimiz oldu. İnsanların müxtəlif fikirləri var və onlara hörmətlə yanaşmaq lazımdır. Oradan özüm çıxdım.

- “Şeron”un üzvləriylə münasibətləriniz nə yerdədir?

- Hamısıyla normal əlaqələrimiz var. Elə insanam ki, kimdənsə xoşum gəlmirsə, onu danışdırmıram. Nə salam verirəm, nə də salamını alıram.

- Hazırda belə bir sənət yoldaşınız var?

- Xeyr.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm