Tanınmış aktyorumuz güllələnməyindən danışdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyorumuz güllələnməyindən danışdı - FOTOLAR

Dövlət Musiqili Teatrının tanınmış aktyoru Əzizağa Əzizov müharibə xatirələrini paylaşıb.

Aktyor Publika.az-a açıqlamasında bildirib ki, 1992-ci ildə Ağdərədə yaralanıb: “Həmin il ermənilər Xocalı soyqırımını törədəndən sonra, könüllü şəkildə orduya getdim, güllə yarası aldım. Bu, hamımızın vətəndaşlıq borcudur. Yəni belə məsələləri qəhrəmanlıq kimi təqdim etməyin əleyhinəyəm. Demək istədiyim odur ki, indi gənclərimizdə ruh yüksəkliyinin olmağı, vətənpərvərliyin təbliğatı vacibdir. Şükür ki, dövlətimiz bunula bağlı yetərli təbliğat işləri görür”.

Qeyd edək ki, Əzizağa Əzizov “Xəzər” televiziyasında yayımlanan bir neçə serialda əsas rolları ifa edib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm