Əməkdar artist dəllallıq edəcək
Bizi izləyin

Tabloid.az

Əməkdar artist dəllallıq edəcək

Bir müddət öncə səhhətində problem yaranmış tanınmış aktyor, əməkdar artist Novruz Qartal eyni vaxtda üç tamaşada rol alıb.

Bu barədə Publika.az-a açıqlama verən sənətkar bildirib ki, işlədiyi Dövlət Musiqili Teatrının repertuarına daxil edilmiş “Məşədi İbad” tamaşasında rolunu oynayacaq.

Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşada əməkdar artist Məşədi Qəzənfər rolunu oynayacaq. N.Qartalın rol aldığı digər tamaşa isə rejissor Əsgər Əsgərovun quruluşunda təqdim olunan “Ölümündən bir gün əvvəl” tamaşasıdır. Aktyor bildirib ki, “Min bir gecə” tamaşasında isə padşah rolunu oynayacaq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm