• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fidan Hacıyeva: “Ərimin yox, özümün pulumu xərcləyirəm” – FOTO

Fidan Hacıyeva: “Ərimin yox, özümün pulumu xərcləyirəm” – FOTO

Dövlət Akademik Opera və Balet Teatrının solisti əməkdar artist Fidan Hacıyeva media mənsublarını başına yığıb üç albomunu birdən üzə çıxardı.

Üç albomunun yenicə işıq üzü gördüyünü deyən sənətçi yay boyunca həmin albomların hazırlıqları ilə məşğul olduğunu dedi: “Birinci albomum Londonda verdiyim konsertdə ifa olunan musiqilərdən ibarətdir. Həmin konsertdə 7 dildə mahnılar oxumuşam. İkinci albomum Azərbaycanda baş tutan ilk solo-konsertimdə səslənən mahnılardan ibarətdir. “Sevgili canan” adlanan üçüncü albomumda isə 60 əsər yer alıb”.

Yaradıcılıq yeniliklərindən başqa, müğənni haqqında gəzən xoşagəlməz şayiə barədə də danışdı: “Bir ara xəbər yaydılar ki, guya mən xarici ölkəyə köçüb orada yaşayıram. Çox pisimə gəldi. Mən Azərbaycandan heç yana getməmişəm. Hətta yay boyu camaat istirahət edəndə mən albomlarımın hazırlığı ilə məşğul olmuşam. İstəmirəm haqqımda belə mənasız şayiələr yaysınlar. Mən özüm qalmaqalı sevən adam deyiləm, çünki buna heç vaxtım da qalmır. Üç uşaq anasıyam və vaxtımın çoxunu ailəmə, uşaqlarıma, sənətimə həsr edirəm. Qalmaqal edən adam əsəbiləşməlidir, kiminsə arxasınca danışmalıdır, mənim buna nə vaxtım var, nə də həvəsim”.

Opera sənətçisi çalışdığı teatrdakı yeniliklərdən də söz açdı. Dediyinə görə, Opera Teatrında “Koroğlu” və “Arşın mal alan” operettasında əsas partiyaları ifa edəcək. Yeni mövsümdə tamaşaçılarına bolluca sürprizlər vəd edən Fidan Hacıyeva vaxtaşırı bu yenilikləri sevənlərinə çatdıracağını dedi.

Sənətçı həyat yoldaşının sənətdə ona dəstək olduğunu da gizlətmədi: “Yoldaşım sənətimə dəstəkdir, amma maddi cəhətdən öz pulum özümə yetir. Konsertlərimdən əldə etdiyim qazancı layihələrimə xərcləyirəm. Hamı bilir ki, mən toylara da getmirəm, yalnız qohum-qardaş toyunda oxuyuram”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR