• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ramil Qasımov yenə də “Koroğlu” olacaq – FOTO

Ramil Qasımov yenə də “Koroğlu” olacaq – FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq.

Tamaşa Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabrda baş tutacaq Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşəcək.

Tamaşada Koroğlu rolunu vokalçı Ramil Qasımov ifa edəcək. Bu barədə Publika.az-a Ramil Qasımovun mətbuat katibi məlumat verib. Operanın sentyabrın 24-də nümayiş olunması nəzərdə tutulur. Tamaşada Nigar rolunu İlahə Əfəndiyeva, Həsən xan rolunu xalq artisti Şahlar Quliyev ifa edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu rəssamı SSRİ xalq rəssamı Tahir Salahov, dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR