Bütün zamanların müğənnisi Bülbülün xatirə günüdür – FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Bütün zamanların müğənnisi Bülbülün xatirə günüdür – FOTOLAR, VİDEO

Bülbül 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirən Bülbül təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını – Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini bitirərək Azərbaycana geri dönən sənətkar Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. Dahi sənətkar Koroğlu (Üzeyir Hacıbəyov, "Koroğlu"), Əsgər (Üzeyir Hacıbəyov, "Arşın mal alan") , Qərib ( R.M. Qlier, "Şahsənəm"), Əlyar (Müslüm Maqomayev, "Nərgiz"), Nizami (Əfrasiyab Bədəlbəyli, "Nizami"), Fərhad (Niyazi, "Xosrov və Şirin"), Aslan (Qara Qarayev və Cövdət Hacıyev, "Vətən") Mario (Cakomo Puççini, "Toska") kimi əsərlərdə əsas partiyaları ifa edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm