Murad Arifi özündən çıxardılar – FOTO
Bizi izləyin

Tabloid.az

Murad Arifi özündən çıxardılar – FOTO

Tanınmış aparıcı, bəstəkar və prodüser Murad Arif bəzi müğənnilərdən gileylidir.

Publika.az-ın məlumatına görə, Murad şou-biznesin küsülü sənətçilərinin yersiz olaraq ondan incidiyini deyir: “Bəzən elə müğənni olur ki, ona mahnı verə bilmirəm. Hərçənd ona mahnı vermək həmişə ürəyimdən keçib. Onunla küsülü olan digər müğənni məndən inciyir ki, niyə ona mahnı verirsən, yaxud da verilişinə çağırırsan. Mən həmin müğənnini efirə qonaq dəvət edirəm, digəri verilişdə onu görən kimi şübhələnir ki, hə, bu, indi bununladır. Çox olub belə hallar. Mənim elə müğənnilərə gülməyim gəlir. Vallah, çox gülməlidir. İki müğənni küsülüdürsə, onlardan mənə nə?”

Aparıcı hər kəslə xoş münasibətdə olduğunu və kimlərinsə təsiri altında dəyişmək istəmədiyini bildirdi.

Xatırladaq ki, Murad Arifin mahnıları Röya, Natavan Həbibi, Xəyyam Nisanov, Ayaz Qasımov və şou-biznesin digər üzdə olan müğənniləri tərəfindən ifa olunur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm