Dima Bilandan sevgi etirafı: “Sizi çox sevirəm”- FOTO
Bizi izləyin

Tabloid.az

Dima Bilandan sevgi etirafı: “Sizi çox sevirəm”- FOTO

Rusiyalı müğənni Dima Bilan Heydər Əliyev Sarayında konsert verib.

Publika.az-ın məlumatına görə, sentyabrın 25-də baş tutan konsert anşlaqla keçib. “Eurovision 2008”in qalibi olan Dima Bilanın “33” adlı konserti maraqlı məqamlarla yadda qalıb. O, çıxışı zamanı yeni mahnıları ilə yanaşı, hit parçalarını da səsləndirib.

Müğənni ilk ifasından dinləyicilərin könlünü ələ ala bilib. Birinci mahnıdan sonra Dima Bilanın pərəstişkarları onunla “selfie” çəkdirmək fürsətindən istifadə ediblər.

Gecənin musiqili sürprizi isə “Eurovision-2011”in qalibi Nigar Camalın Dima Bilanla birgə “Оbnimi menya” duetini oxuması olub.

Daha sonra müğənni özünün “Instagram” bloqunda konserti ilə bağlı təəssüratlarını yazıb:

“Bakı, sizin üçün necə də darıxmışam. Niyə də olmasın? Siz hamınız çox mehribansınız, səmimisiniz. Sizi çox sevirəm”.

Qeyd edək ki, Dima Bilanın konsertinin biletləri 27-194 manat arasında dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm