Dima Bilan Bakıda konsert verdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Dima Bilan Bakıda konsert verdi - Fotolar

Rusiyalı müğənni Dima Bilan Heydər Əliyev Sarayında konsert verib.

Tabloid.az xəbər verir ki, sentyabrın 25-də baş tutan konsert anşlaqla keçib. “Eurovision 2008”in qalibi olan Dima Bilanın “33” adlı konserti maraqlı məqamlarla yadda qalıb. O, çıxışı zamanı yeni mahnıları ilə yanaşı, hit parçalarını da səsləndirib.

Müğənni ilk ifasından dinləyicilərin könlünü ələ ala bilib. Birinci mahnıdan sonra Dima Bilanın pərəstişkarları onunla “selfei” çəkdirmək fürsətindən istifadə ediblər.

Gecənin musiqili sürprizi isə “Eurovision-2011”in qalibi Nigar Camalın Dima Bilanla birgə “Обними меня” duetini oxuması olub.

Daha sonra müğənni özünün “İnstagram” bloqunda konserti ilə bağlı təəssüratlarını yazıb:

“Bakı, sizin üçün necə də darıxmışam. Əbəs yerə də yox. Siz hamınız çox mehribansınız, səmimisiniz. Sizi çox sevirəm”.

Qeyd edək ki, Dima Bilanın konsertinin biletləri 27-194 manat arasında dəyişib.

Konsertdən olan fotoları təqdim edirik. Şəkillər 1new.az-a məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm