• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bred Pittin ilk sevgilisi birgə şəkillərini yaydı – FOTOLAR

Bred Pittin ilk sevgilisi birgə şəkillərini yaydı – FOTOLAR

Əlli yaşlı amerikalı Kim Bell məktəbdə oxuyarkən sevgili olduqları Bred Pittin şəkillərini ictimaiyyətlə bölüşüb. Hazırda məşhur Hollivud aktyoru olan Bred və sinif yoldaşı Kim Missuri ştatında yerləşən məktəbdə bir yerdə oxuyub və sevgili olublar.

Xarici mətbuatın jurnalistləri Bred Pittin ilk sevgilisi Kim ilə görüşərək, ona bir sıra suallar veriblər. Belə ki, Kim və Bred 13 yaşdan 15 yaşadək sevgili olublar. Kim Bredlə çəkdirdikləri şəkilləri ilk dəfə ictimaiyyətə təqdim edib.

Kim jurnalistlərə deyib: “Bred çox mehriban və yaxşı oğlan idi. O, xarizmatik və lider xüsusiyyətlərinə malik idi. Ailəsi və dostları bir gün Bredin həyatda uğur qazanacağına inanırdılar. O, bizim məktəbdəki hər bir qızın arzusu idi. Sonda o, məni seçdi”.


Lakin Kim Bell o zaman Pittlə nə üçün ayrıldıqlarının səbəblərini açıqlamayıb. Bəlkə, Bred uşaqlıq sevgisini ciddi qəbul etməyib?

Kimin sözlərinə görə, özü ayrıldıqdan dərhal sonra məktəb məşqçisi Hovard Bellə maraqlanıb. Məktəbi bitirdikdən sonra isə Kim ona ərə gedib. Bred isə o zaman paralel sinifdə oxuyan başqa bir qızla sevgili olub.


Kim Bell Hollivud ulduzu ilə baş tutmayan münasibətlərə görə heyfsilənmir və Bred Pittə həyatda uğurlar arzulayır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR